UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Yarışda 48 komanda 12 qrupda mübarizə aparacaq. Qarabağ I qrupunda çıxış edəcək. Püşkatmaya 2-ci səbətdən qoşulan Ağdam klubu İspaniyanın “Vilyarreal”, İsrailin “Makkabi” və Türkiyənin “Sivasspor” komandaları ilə üz-üzə gələcək. Qeyd edək ki, qrup mərhələsinin görüşlərinə oktyabrın 22-də start veriləcək. 1 həftə sonra 2-ci tur olacaq. Noyabrın 5-də və 26-da müvafiq olaraq 3-cü və 4-cü tur nəzərdə tutulub. Dekabrın 3-də və 10-da keçiriləcək oyunlarla isə qrup mərhələsinə yekun vurulacaq.